Mask “Optimus” robotlarının satışa buraxılacağı tarixi açıqladı

Baş səhifə

Bakı. Trend:

“Tesla” korporasiyasının rəhbəri, Amerikalı milyarder İlon Mask
Davosda keçirilən Dünya İqtisadi Forumunda şirkətinin 2027-ci ildən
başlayaraq “Optimus” robotlarının satışına başlayacağını vəd
edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Mask bildirib ki, onun şirkəti insanabənzər robotların satışına
2027-ci ilin sonunda start verəcək. Eyni zamanda milyarder
humanoidlərin qiymətini açıqlamayıb, lakin vurğulayıb ki,
istifadəçi çox inkişaf etmiş bir köməkçiyə sahib olacaq.




“Əslində, siz ondan istədiyiniz hər şeyi etməsini xahiş edə
bilərsiniz”, – deyə sahibkar qeyd edib.

Bununla belə, İlon Mask forumda vurğulayıb ki, “Tesla” “Optimus”
robotlarının satışına yalnız onların yüksək etibarlılığına tam əmin
olduqdan sonra başlayacaq.