Mirça Luçeskunun vəziyyəti ağırlaşıb

Baş səhifə
Mirça Luçeskunun vəziyyəti ağırlaşıb

Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun vətənində yerləşdirildiyi xəstəxanada vəziyyəti ağırlaşıb.

“Report” “ProSport”a istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssisin 2025-ci ilin sonunda ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib.

Səhhətindəki problemlər səbəbindən Luçeskunun Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. Milliyə namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırsa da, hazırda xəstəxanada olan təcrübəli mütəxəssisin durumunun ağırlaşdığı vurğulanıb.

Qeyd edək ki, M.Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.