
Azərbaycanda istehsal olunan məhsulların tanıdılması məqsədi ilə Bakıda “Nar Naxışı” festivalı keçiriləcək.
Bu barədə “Report”a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
Bildirilib ki, tədbir yanvarın 25-də AZPROMO və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.
Festivalın rəsmi açılış mərasimi saat 14:00-da diplomatik korpus təmsilçilərinin, dövlət qurumlarının, aidiyyəti təşkilatların nümayəndələrinin və biznes ictimaiyyətinin iştirakı ilə baş tutacaq.
Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


