
Bakıda 60 yaşlı kişi antibiotik iynəsinin təsirindən ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün Binəqədi rayonunda baş verib.
Məlumata görə, 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov yaşadığı Binəqədi qəsəbəsində səhhətində problem yarandığından ailəsi tərəfindən ona antibiotik iynəsi vurulması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.


