
Bakı. Trend:
“Prezident Tramp ilə görüş yaxşı keçdi, məhsuldar və məzmunlu
oldu. Komandaların işi barədə danışdıq, faktiki olaraq hər gün
görüşlərin və ya ünsiyyətin olduğunu qeyd etdik”.
Trend xəbər verir
ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”
kanalında paylaşıb.
Zelenski bildirib ki, görüş zamanı Ukrayna üçün hava hücumundan
müdafiə (HHM) məsələsi də müzakirə olunub. Onun sözlərinə görə,
Prezident Tramp əvvəlki görüşdə Ukrayna səmasının müdafiəsinə
dəstək göstərib və Kiyev bu istiqamətdə əməkdaşlığın davam
edəcəyinə ümid edir.
“HHM üçün əvvəlki raket paketinə görə təşəkkür etdim və əlavə
yardım xahiş etdim. Bu, insanların həyatının qorunması, bizim
dayanıqlılığımız və birgə diplomatik iş deməkdir”, – deyə Ukrayna
Prezidenti vurğulayıb.


