
Bakı. Trend:
İngiltərə təmsilçisi “Mançester Yunayted” yarımmüdafiəçisi
Kazemironun yayadək olan müqaviləsinin başa çatdıqdan sonra
komandadan ayrılacağını açıqlayıb.
Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində dörd mövsüm
çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 146 oyunda 21
qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Kazemiro
“Mançester Yunayted”lə birlikdə FA Kubokunu və Liqa Kubokunu
qazanıb.
Qeyd edək ki, Kazemiro karyerası ərzində “Mançester Yunayted”dən
əvvəl “Real” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “San
Paulu” (Braziliya) klublarında da çıxış edib.


