Bakı. Trend:
İspaniyada son iki faciəli qəzadan sonra yeni bir qatar hadisəsi
qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Ölkənin cənub-şərqində yerləşən Kartaxena liman şəhəri
yaxınlığında sərnişin qatarı kranla toqquşub. Hadisə nəticəsində
bir neçə nəfər xəsarət alıb.
İspaniyanın dəmir yolu operatoru Renfe-nin məlumatına görə, qəza
cümə axşamı, yanvarın 22-də baş verib. Toqquşmadan sonra Kartaxena
ilə təxminən yarım saatlıq məsafədə yerləşən Los Nietos şəhəri
arasındakı qatar reysləri müvəqqəti olaraq dayandırılıb.
Hadisənin səbəbləri araşdırılır.

