UEFA Avropa Liqası: “Fənərbaxça” “Aston Villa”ya məğlub olub

Baş səhifə

UEFA Avropa Liqasının Liqa mərhələsində VII turun oyunları keçirilir.

APA xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” doğma meydanda İngiltərənin “Aston Villa” komandasını qəbul edib. “Fənərbaxça” 0:1 hesabı ilə məğlub olub.

Eyni vaxtda başlayan digər qarşılaşmalar belə nəticələnib:

“Feyenoord” (Niderland) – “Şturm” (Avstriya) 3:0
PAOK (Yunanıstan) – “Betis” (İspaniya) 2:0
“Viktoriya” (Çexiya) – “Portu” (Portuqaliya) 1:0
“Yanq Boys” (İsveçrə) – “Lion” (Fransa) 0:1
“Frayburq” (Almaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:0
“Bolonya” (İtaliya) – “Seltik” (Şotlandiya) 2:2
“Malmö” (İsveç) – “Srvena Zvezda” (Serbiya) 0:1
“Brann” (Norveç) – “Midtyullann” (Danimarka) 2:3

Turun qalan oyunları saat 00.00-da start götürəcək.