Azərbaycanla Aİ iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələrin
inkişafı və mövcud potensialın reallaşdırılması məsələləri müzakirə
olunub.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi
Forumunda iştirak çərçivəsində Avropa İttifaqının Genişlənmə üzrə
komissarı Marta Kos ilə görüş keçirdik.

Görüşdə Azərbaycan–Aİ iqtisadi əməkdaşlığı gündəliyində əsas
prioritetləri, o cümlədən ticarət və enerji tərəfdaşlığını,
həmçinin nəqliyyat və logistika infrastrukturunun daha da inkişafı
istiqamətində görülən tədbirləri vurğuladıq. Eyni zamanda,
Azərbaycan–Avropa İttifaqı iqtisadi münasibətlərinin tam
potensialının reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi
apardıq”, – paylaşımda qeyd edilib.