Almaniya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarır

Baş səhifə
Almaniya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarır

Almaniya Rusiyanın Berlindəki səfirliyinin hərbi attaşesinin müavinini ölkədən çıxarır.

“Report” xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

“Rusiya Məxfi Xidmətinə casusluqda şübhəli bilinən bir qadının həbsindən sonra onun işi ilə məşğul olan və özünü diplomat kimi təqdim edən əməkdaş Almaniyanı dərhal tərk etməlidir”, – məlumatda bildirilir.

Qeyd olunur ki, o, 72 saat ərzində ölkəni tərk etməlidir.