
Bakı. Trend:
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) nəzdində
fəaliyyət göstərən Koreya Elm Akademiyası (KSA) təqaüd proqramı
elan edib.
Trend xəbər verir
ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat
yayıb.
Məlumata əsasən, təqaüd proqramı 2026–2027-ci tədris ili üçün
bakalavriat səviyyəsində oxuyan tələbələr üçün nəzərdə tutulub.
Bildirilib ki, proqrama müraciət üçün son tarix 2 fevral 2026-cı
ildir.
Proqram barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq
olar: https://htp.edu.az/…/4c2cfdcb20ce491f94ee063369cd0b45.pdf


