Bakı. Trend:
Fələstin prezidenti Mahmud Abbas çərşənbə günü Rusiya paytaxtı
Moskvaya səfər edib.
Trend-in məlumatına görə, bu barədə “VAFA” agentliyi xəbər
verib.
Məlumata əsasən, səfər iki gün davam edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl
bildirib ki, Rusiya prezidenti Vladimir Putin yanvarın 22-də
Moskvada M.Abbası qəbul edəcək.

