"Qarabağ" "Ayntraxt"a qarşı – YENİLƏNİR

Baş səhifə

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunu start götürüb.

Modern.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

***

20:43

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Ayntraxt” kollektivlərinin start heyətləri bəlli olub.

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Ayntraxt”: Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.