Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının ekspert rəyini gözləyir

Baş səhifə

Astana. Trend:

Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığından
“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası
ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının
nəticələrini gözləyir.

Trend xəbər verir
ki, bunu Qazaxıstanın Nəqliyyat Naziri Nurlan Sauranbayev Astanada
keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma
çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim
olunub. Daha sonra Azərbaycan tərəfi onları Qərb ekspertlərinə
ötürüb.

Xəbər yenilənəcək