Rusiyada şagirdlərə dronların idarə olunması üzrə dərslər keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Rusiya məktəblərində tədris proqramlarına dronların yığılması və
idarə olunması üzrə dərslər salınacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, artıq hökumət siniflərin dronlar və silah
maketləri ilə təchiz olunması ilə bağlı sərəncam verib.




Təhlükəsizlik və Vətənin Mühafizəsinin Əsasları adlı fənn üçün
əyani vəsait siyahısına 90 adda predmet, o cümlədən silah
maketləri, hərbdə istifadə olunan tibbi vasitələr, habelə gecə
görmə cihazları daxil edilib.

Bundan əlavə, blok əsaslı proqramlaşdırmanın öyrənilməsi və
coystik və ya smartfon vasitəsilə idarəetmə imkanı olan təlim
məqsədli pilotsuz uçuş aparatlarının (dronların) təmin edilməsi
nəzərdə tutulur. Siyahıya proyeksiya olunan hədəflər üzrə atəş üçün
elektron tir sistemləri, pnevmatik silahlar üçün atıcılıq tirləri,
həmçinin maneə zolağının elementləri də daxil edilib.