Davosa uçan Trampın təyyarəsi ABŞ-yə geri qayıtmalı oldu

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Dünya İqtisadi Forumunda iştirak
üçün Davosa aparan təyyarə (Air Force One) texniki nasazlıq
səbəbindən ABŞ-yə geri qayıtmağa məcbur olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Air Force One” təyyarəsi Endryus birləşdirilmiş hərbi bazasına
eniş edib”,- deyə məlumatda qeyd olunub.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt sonradan bildirib ki,
prezident təyyarəsinin göyərtəsində elektrik sistemi ilə bağlı
kiçik problem yaranıb. Təyyarə dəyişdirildikdən sonra Amerika
liderinin yenidən Davosa qayıdacağı qeyd olunur.