Narkotikin təsiri altında avtomobil idarə edən sürücü 30 sutka həbs edildi

Baş səhifə

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili sürücülük
hüququ olmadan, eləcə də narkotik vasitələrin təsiri altında idarə
edən Kazım Piriyev saxlanılıb.

Trend xəbər verir ki, müayinə
zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum
olub.




Sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyə
göndərilib. Məhkəmənin qərarı ilə K.Piriyev 30 sutka inzibati
qaydada həbs edilib.