Avropa Komissiyasının sədri enerji keçidini sürətləndirməyə çağırdı

Baş səhifə

Bakı. Trend:

Aİ-nin prioritetlərindən biri vahid, qarşılıqlı əlaqəli və
əlçatan enerji bazarının, tamdəyərli Enerji İttifaqının
yaradılmasıdır.

Trend xəbər verir
ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen
Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına
ünvanladığı xüsusi müraciətində bildirib.

“Enerji həm şirkətlər, həm də ev təsərrüfatları üçün ‘dar boğaz’
olaraq qalır. Avropanın elektrik enerjisi habları arasında qiymət
fərqlərinə nəzər salmaq kifayətdir. Avropaya bütün elementləri
birləşdirən vahid enerji planı lazımdır. Bu, əlçatan enerji
təminatı üzrə fəaliyyət planımızdır. Məsələn, biz enerji
təhlükəsizliyinə və müstəqilliyinə interkonnektorların və
şəbəkələrin inkişafı vasitəsilə genişmiqyaslı investisiyalar
yatırırıq.




Söhbət bizim maksimum dərəcədə fəal irəlilətməyə can atdığımız
öz enerji mənbələrimizin inkişafından , nüvə enerjisinin və
bərpaolunan enerji mənbələrindən gedir. Məqsəd qiymətləri aşağı
salmaq, asılılığı azaltmaq, qiymət dəyişkənliyinə,
manipulyasiyalara və tədarükdə fasilələrə son qoymaqdır. Lakin indi
bu keçidi sürətləndirməliyik, çünki öz etibarlı, dayanıqlı və ucuz
enerjimiz iqtisadi artımımızı stimullaşdıracaq, avropalıların
rifahını təmin edəcək və müstəqilliyimizi möhkəmləndirəcək”, – deyə
o bildirib.

Ursula fon der Lyayen vurğulayıb ki, ticarət, biznes, kapital və
energetika məsələlərində Avropa təcili fəaliyyət zərurətini dərk
etməlidir.