Rumıniya Ukrayna ilə sərhəddə hərbçilərinin sayını artırır

Baş səhifə

Bakı. Trend:

Buxarest Ukrayna ilə sərhəddə hərbçilərinin və hava müdafiə
vasitələrinin sayını artıracaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Rumıniyanın Müdafiə Nazirliyinin
rəhbəri Radu Mirutse “Digi24” telekanalına verdiyi müsahibədə
deyib.




“Biz Ukrayna ilə həmsərhəd olan zonada pilotsuz uçuş
aparatlarının sayını artırırıq, şəxsi heyət və texnikanı ora
yönləndiririk, mövcud dronları strateji təhlilə əsasən riskin
artdığı ərazilərə köçürürük. Onları elə atəş mövqelərində
yerləşdiririk ki, Rumıniyanın yaşayış məntəqələrini qorumaq mümkün
olsun,” – deyə Mirutse bildirib.

O əlavə edib ki, Ukrayna ilə sərhədə həmçinin radar sistemləri
və uçan obyektləri hədəfə alaraq məhv edə bilən “Gepard” özüyeriyən
zenit kompleksləri yerləşdirilir.