Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib

Baş səhifə
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bayraqlar yarıyadək endirilib.

Bu barədə “Report”a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Azərbaycanın bütün ərazisində olduğu kimi bu ərazilərdə də saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Həmin anda şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlər anılıb. Bayraqlar yarıya qədər endirilib.