
Bakı.Trend:
10 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil
edilir.
Trend xəbər
verir ki, bu barədə AYNA-nın məlumatında qeyd olunub.
Belə ki, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament
prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin
hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205
nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil
edilir.


