
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını yad edib.
“Report” xəbər verir ki, nazir faciənin 36-cı ildönümü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“20 Yanvar – Ümumxalq Hüzn Günü xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin parlaq təzahürüdür. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq”, – nazir qeyd edib.
Azərbaycan xalqının müstəqillik, suverenlik və milli azadlıq uğrunda mübarizə tarixində silinməz iz qoymuş 20 Yanvar faciəsindən 36 il ötür.
20 Yanvar — Ümumxalq Hüzn Günü xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin parlaq təzahürüdür.
Azərbaycanın… pic.twitter.com/R4BFZTHPnz
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) January 20, 2026
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


