ABŞ-nin dövlət borcu rekord həddə çataraq 38,5 trilyon dolları ötdü

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin dövlət borcu 2,25 trilyon dollar artaraq 38,5 trilyon
dollar həddini keçib.

Trend xəbər verir
ki, bu göstəricilər ABŞ Maliyyə Nazirliyinin rəsmi məlumatlarında
əksini tapıb.

Qeyd olunur ki, bu rəqəm həm Birləşmiş Ştatların ümumi dövlət
borcunun həcmi, həm də onun artım tempi baxımından rekord
sayılır.




Bundan əvvəl dövlət borcunun ən yüksək artım göstəriciləri
ABŞ-nin sabiq prezidentləri Co Baydenin prezidentliyi dövründə 2,1
trilyon dollar və Barak Obamanın dövründə 1,7 trilyon dollar
olub.

XXI əsrdə dövlət borcunun ən aşağı artım tempi isə kiçik Corc
Buşun prezidentliyinin ilk ilində qeydə alınıb. Həmin dövrdə
ABŞ-nin dövlət borcu cəmi 196 milyard dollar artıb.