
Bakı. Trend:
Gürcüstan Prezidenti Mixeil Kavelaşviki Epifaniya bayramı
münasibətilə 159 məhkumu əfv edib.
Trend xəbər verir
ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Bildirilib ki, əfv humanizm və dövlət maraqları prinsiplərinə
əsaslanır.
Məlumatda qeyd olunub: “Gürcüstan Prezidentinin Konstitusiya ilə
ona verilən müstəsna səlahiyyətlərdən istifadəsi humanizm və dövlət
maraqları prinsiplərinə əsaslanır”.


