Kəraçidə ticarət mərkəzi yanğınında ölənlərin sayı 26-ya çatıb

Baş səhifə

Bakı. Trend:

Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində “Gul Plaza”
ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı
26-ya çatıb.

Trend xəbər verir
ki, bu barədə “The Express Tribune” qəzeti xilasedicilərə istinadən
məlumat yayıb.




Məlumata görə, ölənlər arasında yanğınsöndürmə xidmətinin
əməkdaşı da var. Hadisə yerində axtarış-xilasetmə işləri davam
edir. Binanın zirzəmisi və birinci mərtəbəsində olan bir neçə otağa
giriş hələ də bağlıdır və onlarla insanın dağıntılar altında
qaldığı istisna edilmir.

Xatırladaq ki, yanvarın 17-si axşam saatlarında əhalinin sıx
məskunlaşdığı rayonda yerləşən ticarət kompleksinin birinci
mərtəbəsində yanğın baş verib. Yanğını 33 saat sonra söndürmək
mümkün olub. İlkin məlumatlara görə, yanğına elektrik
naqillərindəki qısaqapanma səbəb olub.