
Bakı. Trend:
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Real Madrid”
tərəfindən ona göstərilən maraqdan məmnun olub-olmaması barədə
suala münasibət bildirib.
Trend xəbər verir
ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Klopp bildirib: “Xeyr! Əslində bu, onların marağında deyil,
sadəcə mediada yaradılmış səs-küydür. Mən prinsipial adamam və
fikrimi o saat dəyişmirəm. Əlbəttə, heç nəyi tamamilə istisna
etmirəm, lakin mənim 58 yaşım var və buradakı mövqeyimdən çox
razıyam.”
Qeyd edək ki, hazırda Klopp “Red Bull” şirkətinin qlobal
futbolunun rəhbəridir və Almaniya Futbol Liqasının (DFL) yeni
ekspertlər komitəsində yer alır.
Xatırladaq ki, “Real Madrid”in baş məşqçisi vəzifəsinə potensial
namizədlər arasında Kloppun da adı çəkilir.


