Nigeriyada silahlı dəstələr iki kilsədən 160-dan çox ibadətçini qaçırıblar

Baş səhifə
Nigeriyada silahlı dəstələr iki kilsədən 160-dan çox ibadətçini qaçırıblar

Nigeriyada Kaduna ştatında silahlı dəstələr iki kilsədən onlarla ibadətçini qaçırıblar.

“Report” xəbər verir ki, bu barədə “Reuters” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Kilsə rəhbəri 160 nəfərin itkin düşdüyünü bildirib.

Ştat polisinin məlumatına görə, silahlı şəxslər Kurmin-Vali qəsəbəsində ECWA və “Cherubim and Seraphim” kilsələrinə hücum ediblər. Hüquq-mühafizə orqanları qaçırılmış şəxslərin dəqiq sayını müəyyənləşdirirlər.