Suriyada YPG-yə aid həbsxananın görüntüləri yayılıb

Baş səhifə
Suriyada YPG-yə aid həbsxananın görüntüləri yayılıb

Suriya Ordusunun nəzarətə götürdüyu Tabkada terror təşkilatı YPG-nin həbsxanasının görüntüləri yayılıb.

“Report” xəbər verir ki, fotoları “Anadolu Agentliyi”nin çəkiliş qrupu lentə alıb.

Məlumata görə, YPG Tabkadan çıxarkən həbsxanadakı əsirləri öldürüb.

Suriya hökuməti buna görə YPG-ni müharibə cinayəti törətməkdə günahlandırıb.