Bu gün Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Yanvarın 18-də futbol üzrə Afrika Millətlər Kubokunun final
oyunu keçiriləcək.

Trend xəbər verir ki, Bakı
vaxtı ilə saat 23:00-da start götürəcək həlledici görüşdə meydan
sahibi Mərakeşlə Seneqal yığmaları üz-üzə gələcək.




Qeyd edək ki, dünən keçirilən oyunda Misir kollektivini
penaltilər seriyasında məğlub edən Nigeriya millisi turniri üçüncü
pillədə başa vurub.