Bakı. Trend:
Tennessi kollecinin komandasında çıxış edən amerikalı
basketbolçu Andre Bell avtomobilində güllələnərək həyatını
itirib.
Trend “Fox News”a
istinadən xəbər verir ki, hadisə Bell oyundan sonra dostları ilə
birlikdə evə gedərkən baş verib. Məlumata görə, basketbolçu baş
nahiyəsindən güllə yarası alıb.
Andre Bell ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin
səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

