
ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bir neçə Avropa Birliyi (AB) ölkəsinə rüsum tətbiq etmək qərarı Avropa və ABŞ-ın yoxsullaşdıra bilər.
APA xəbər verir ki bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Rüsumlar Avropanı və ABŞ-ı yoxsullaşdıracaq və ortaq rifahımızı sarsıdacaq”, – o, “X” hesabında yazıb.
Qeyd edək ki, Tramp fevral ayından Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya 10% rüsum tətbiq edəcəyini, sonradan bunu 25%-ə qədər artırılacağını və ABŞ Qrenlandiyanı almaq üçün müqavilə bağlayana qədər qüvvədə qalacağını açıqlayıb.


