Floridadakı yol ABŞ Prezidenti Donald Trampın adını daşıyacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Floridadakı evindən Palm Biçdəki
Mar-a-Laqo malikanəsinə gedən 6 kilometrlik yolun “Prezident Donald
Tramp Bulvarı” adlandırılması mərasiminə qatılıb.

Trend xəbər verir
ki, bu barədə “PBS” məlumat yayıb.




Tramp mərasimdə yerli rəsmilərə göstərdikləri sədaqət üçün
təşəkkür edib və bildirib: “Bu, çox vacib bir mərhələdir.”

O əlavə edib: “İnsanlar Donald Tramp Bulvarı lövhəsinin gecələr
gözəl işıqlandırıldığını görəndə qürur duyacaqlar. Sadəcə qürur.
Mənimlə yox, ölkəmiz ilə qürur duyacaqlar.”