Bakı. Trend:
Almaniyanın paytaxtı Berlinin Olimpiya Stadionunda “Herta
Berlin” və “Schalke 04” komandaları arasında keçiriləcək ikinci
Bundesliqa matçından əvvəl iğtişaşlar baş verib.
Trend xəbər verir
ki, hadisə nəticəsində ən azı 31 azarkeş və 21 hüquq-mühafizə
orqanı əməkdaşı xəsarət alıb.
Berlin polisi bildirib ki, oyun başlamazdan əvvəl müxtəlif
azarkeş qrupları əməkdaşlara hücum etməyə başlayıb. Şərq tribunası
girişində polis əməkdaşlarına müxtəlif əşyalar, o cümlədən hasarın
hissələri atılıb. Aqressiv azarkeşləri dağıtmaq üçün polis göz
yaşardıcı qazdan istifadə edib.
Hadisə nəticəsində 21 polis və 31 azarkeş yaralanıb, bir neçə
nəfər isə saxlanılıb.

