
Bakı. Trend:
Atlantik okeanında, Britaniyanın Xarici Ərazisi olan Cənubi
Corciya və Cənubi Sendviç Adaları sahillərində 5,4 bal gücündə
zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Çilinin Punta Arenas
şəhərindən 2690 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağının
dərinliyi 68 km olub.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami
təhlükəsi elan edilməyib.


