“Sabah” yoxlama oyununda I Liqa klubunun qapısına 9 qol vurub

Baş səhifə
Sabah yoxlama oyununda I Liqa klubunun qapısına 9 qol vurub

Misli Premyer Liqası təmsilçisi “Sabah” yoxlama oyununda I Liqada çıxış edən “Mingəçevir”lə qarşılaşıb.

“Report” xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.

“Bayquşlar”ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Raxmonaliyev (pen.), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısına vurub.