Bakı. Trend:
Çinin ”Şitszyan-32” peykinin kosmosa buraxılması qəza ilə başa
çatıb.
Trend xəbər verir ki, bu barədə ”Sinxua” agentliyi məlumat
yayıb. ”Long March-3B” raket daşıyıcısı Pekin vaxtı ilə saat
00:55-də (cümə günü Bakı vaxtı ilə saat 20:55) havaya qalxıb, lakin
uçuş zamanı anomaliya baş verib və bu da missiyanın uğursuzluğu ilə
nəticələnib.
Mütəxəssislər hadisənin səbəbini araşdırırlar.

