Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Energetika Nazirliyi tərəfindən 157 icazə
verilib.

Bu barədə Trend-ə nazirlikdən bildirilib.




Qeyd olunub ki, ixrac nəzarətinə düşən malların (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı üzrə 97, ixracı üzrə
36, tranziti üzrə 22, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların
dövriyyəsi üzrə isə 2 icazə verilib.

Bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi
vasitəsilə həyata keçirilib.