
Bakı. Trend:
İsrail hava qüvvələrinin ötən gecə Qəzza bölgəsinin mərkəzində
yerləşən Nüseyrət qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində
“Əl-Qüds Briqadaları” ekstrimist qruplaşmasının komandiri Əhraf
əl-Xatib öldürülüb.
Trend bu barədə
İsrail mediasına istinadən xəbər verir.
Məlumata görə, zərbədə Xatiblərin qaldığı ev hədəfə alınıb. O və
onun həyat yoldaşı həlak olub, bir neçə nəfər yaralanıb.
Qeyd edək ki, bundan əvvəl İsrail müdafiə qüvvələrinin (IDF)
HƏMASın silhalı qanadının komandiri Məhəmməd Əl Həvlinin
Deyr-əl-Bələ rayonunda qaldığı evində hava zərbəsi ilə
zərərsizləşdirdiyi barədə məlumat yayılmışdı.
HƏMAS-ın rəsmi nümayəndəsi Osama Həmdan hərbi qanad komandiri
Həvlinin öldürüldüyünü təsdiqləmişdi.


