
Bakı. Trend:
Bizim 3 milyondan çox abunəçimiz var. Son iki il yarım ərzində
biz aramla innovasiya liderinə çevrilmişik.
Trend xəbər
verir ki, bunu Bakcell-in Baş icraçı direktoru Klaus Müller bu gün
Bakıda Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”
şirkətinin birgə tərəfdaşlığı ilə keçirilən İnnovasoya və Süni
İntellekt üzrə Təqaüd Proqramının təqdimatı çərçivəsində çıxışı
zamanı bildirib.
Onun sözlərinə görə, innovasiya üçün dəyişiklik vacibdir:
“İnnovasiya yanaşmalarımız dəyişməlidir. Bu tədbirin “domino
effekti” yaratmasını arzulayıram. Gənclərin dəyişiklikləri ilə
ölkəni dəyişmək mümkündür. Bu tərəfdaşlığın gənclər üçün imkanlar
yaradacağına əminik”, icraçı direktor bildirib.


