Azərbaycanda genişzolaqlı internetin orta sürəti 30 %-ə yaxın artıb

Baş səhifə
İKT

  • 16 yanvar, 2026
  • 12:04
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 30 %-ə yaxın artıb

Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (88,83 Mbps) görə noyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 86-cı olub.

“Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 28,5 % artıb.