Azərbaycan Ukraynaya xiyar satışından qazancını 2,5 dəfə artırıb

Baş səhifə
ASK

  • 16 yanvar, 2026
  • 11:59
Azərbaycan Ukraynaya xiyar satışından qazancını 2,5 dəfə artırıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 1 min 828 ton xiyar ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % az) 1 min 712 ton (-8 %), Gürcüstana 56,5 min ABŞ dolları dəyərində 76,6 ton (1 il əvvəl tədarük olmayıb), Ukraynaya 29,8 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 38,2 ton (+93 %), Səudiyyə Ərəbistanına 21,8 min ABŞ dolları dəyərində (-61 %) 1,25 ton (-28 %) və Birləşmiş Ərəb Əmirliklərinə 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

2024-cü ildə Azərbaycandan 3 ölkəyə (Ukrayna, Səudiyyə Ərəbistanı) ixrac edilmiş 2 min 701 ton xiyarın 99,1 %-i Rusiyanın payına düşüb.