Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlandı (FOTO)

Baş səhifə

Bakı.Trend:

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan 38
yaşlı Səxavət Kərimov tutulub.

Trend-in
məlumatına görə, ondan 1 ədəd lüləsi kəsilən tüfəng və 4 ədəd
patron aşkarlanıb.




Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum
olunmuş 32 yaşlı Nüsrət Qafarov saxlanılıb. Həmin şəxsdən isə
narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon
həbləri aşkarlanıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı
ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.