Ötən il ərzində “Abşeron” yatağında kondensat hasilatının həcmini açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın “Abşeron” yatağında kondensat hasilatı
0,6 milyon ton təşkil edib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən məlumat
verib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə “Abşeron” yatağında
kondensat hasilatı dəyişməyib.




Xatırladaq ki, 2025-ci ilin yanvar-dekabr ayları üzrə əməliyyat
məlumatlarına görə, Azərbaycanda 27,7 milyon ton neft (qaz
kondensatı da daxil olmaqla) hasil edilib.

“Abşeron” yatağı Xəzər dənizində, Bakıdan təxminən 100 km
cənub-şərqdə və “Şahdəniz” yatağından 25 km şimal-şərqdə
yerləşir.

Kondensat və qaz hasilatı JOCAP tərəfindən idarə olunan tək bir
dərin dəniz quyusundan istifadə edərək erkən istehsal layihəsi
çərçivəsində 2023-cü ilin iyul ayından bəri davam edir.