ABŞ İranı etirazçıları edam edəcəyi təqdirdə “ciddi nəticələrlə” hədələyib

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası İranda etirazçıları edam edəcəyi
təqdirdə Tehranı “ciddi nəticələr” barədə xəbərdar edib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi
Kerolayn Livitt brifinq zamanı deyib.

“İrana gəldikdə, qeyd etmək istəyirəm ki, Prezident və onun
komandası İran rejiminə qətllərin davam edəcəyi təqdirdə ciddi
nəticələrə səbəb olacağını bildiriblər”, – deyə o qeyd edib.




K.Livittin sözlərinə görə, ABŞ prezidenti daha sonra İranda “qətl və edamların” dayandırılacağı barədə “mesaj alıb”.

Trampın 14 yanvarda bildirdiyi kimi, Vaşinqtonun İranda
etirazçıların ölümünün dayandırıldığı barədə məlumatı var.