
Bakı.Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntarxt” (Almaniya) oyununun biletləri sabah satışa
çıxarılacaq.
Trend xəbər
verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Satışa sabah, saat 12:00-dan start veriləcək.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat,
VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün
1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən
əldə edilə bilər.
Qeyd edək ki, qarşılaşma yanvarın 21-i Tofiq Bəhramov adına
Respublika stadionunda keçiriləcək. Oyun 21:45-də start
götürəcək.


