“Neftçi”nin legioneri komandanın düşərgəsinə qoşulub

Baş səhifə
Neftçinin legioneri komandanın düşərgəsinə qoşulub

“Neftçi”nin futbolçusu Sessi D Almeyda klubun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki düşərgəsinə qoşulub.

Bu barədə “Report”a paytaxt təmsilçisindən məlumat verilib.

Yarımmüdafiəçi Benin millisi ilə birlikdə Afrika Millətlər Kubokunda çıxış edib.

“Piramids”lə oyunun (1:1) ertəsi günü bərpa məşqi keçib istirahətə buraxılan “ağ-qaralar” bu gün baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıb. Komanda toplanışa axşam məşqi ilə davam edəcək.

Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində sonuncu yoxlama oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək.