
Bakı.Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyat
keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
tədbirlərlə 36 yaşlı Hikayət Quliyev və 25 yaşlı Taleh Abdurahmanov
saxlanılıb. Onların idarə etdikləri avtomobildən və yaşadıqları
ünvanlardan satış məqsədilə saxladıqları marixuana aşkar
olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.


