Rafael Qvaladze vəfat etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi,
əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze vəfat edib.

Trend-in
məlumatına görə, o, yanvarın 15-də uzunsürən xəstəlikdən sonra
vəfat edib.

Rafael Qvaladze Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi
dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəliliyinin
artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurla
çalışmış, ömrünün 50 ildən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin
həyata keçirilməsinə həsr edib.




Fəaliyyəti dövrü əzrində Rafael Qvaladze Azərbaycan
Respublikasının “Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb,
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2-ci
dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!