
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək.
Bu barədə “Report”a FHN-dən məlumat verilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2026-cı il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək.
Qeyd edək ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə, həmçinin çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.
MƏLUMAT YENİLƏNİR …
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


