7 vəkilə xəbərdarlıq edildi

Baş səhifə

Bakı.Trend:

2026-cı il yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər
Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası
giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət
Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr
barədə ətraflı məlumat verib.

Trend xəbər
verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq vəkilliyə
qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının
yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını
uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib.
Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq
qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul
olunublar. Onlara vəkil vəsiqələri təqdim edilib və gələcək
fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25
dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin
edilən VK-nın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu, Əliyeva Aytəkin
Güləli qızı, Qazıbəyov İbrahim Mehman oğlu, Maxsudova Ülkər Taleh
qızı, Mirzəzadə Asim Vilayət oğlu, Mustafayev Cavidan Mustafa oğlu,
Səfərli Günel Adil qızı, Süleymanov Cavid Loğman oğlunun
mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə
baxılıb və müsbət qərar verilib.




Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və
vəkil kabinetinin ləğv edilməsi ilə barədə müraciətlərinə baxılaraq
müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə
baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri
pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri
tətbiq edilib və 2 vəkilə isə peşə fəaliyyəti zamanı
qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və
əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul
olunub.